ABŞ-da müsəlman gənclər öldürülüb
973 dəfə baxılıb
ABŞ-ın Şimali Karolina ştatında 3 müsəlman gənc qaldıqları evdə öldürülüb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatında yerləşən sakit bir məhəllədəki evlərdən birinə silahlı basqın olunub.
Basqın zamanı 23 yaşındakı Dea Bərəkət, həyat yoldaşı Yusr Məhəmməd və Razan Məhəmməd öldürülüb.
Polisdən verilən açıqlamada səhər saat 5 radələrində həmin şəxslərin qaldığı evə basqın olunduğu bildirilib.
Hadisə zamanı zərərçəkən şəxslər xəstəxanaya çatdırılsa da, həkimlər onları xilas edə bilməyib.
Qatilin 46 yaşlı Kreig Stefen Hiks olduğu məlum olub.
Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, ya çarmıxa çəkilmək ya əl və ayaqlarını çarpazvari kəsmək, yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)
Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur.