Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-da müsəlman şagird “terrorçu” adı ilə həbs edilib

Sentyabr 17
16:45 2015

ABŞ-ın Texas ştatında maraqlı hadisə baş verib.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, evdə hazırladığı saatı müəllimlərinə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmməd bomba gəzdirdiyi şübhəsi ilə saxlanılıb.

Məlumata görə, Məhəmməd müəlliminə göstərmək məqsədi ilə apardığı elektron saatı digər müəllimlər də görüb. Onlardan biri saatın bomba olduğundan şübhələnərək, məktəb rəhbərliyinə xəbər verib.

Rəhbərlik isə dərhal polisə zəng edərək, şikayət edib.

Məktəbə gələn polis işçiləri şagirdin əllərini qandallayaraq mərkəzə aparıb.

Məhəmmədin atası oğlunun müsəlman olduğu üçün belə bir hadisə ilə qarşılaşdığını bildirib.

Qeyd edək ki, şagirdlə bağlı istintaq işi davam edir.

Sələf Xəbər: Eyni zamanda, Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.

Digər xəbərlər