Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-da Müsəlman Təşkilatlarının Şurası yaradıldı

Avqust 11
18:27 2014

“Sələf Xəbər” “İslam-today”-a istinadən yazır ki, ABŞ-dakı islam təşkilatları genişlənir və yeni fəaliyyət səviyyəsinə keçir.

Buna misal, yeni yaradılan Birləşmiş Ştatların Müsəlman Təşkilatları Şurasıdır (USCMO). USCMO amerikalı müsəlmanlara dövlət qurumları ilə sıx əməkdaşlıq etməyə imkan verəcək.

Andre Karson və xanım Keyt Ellison birlikdə bir neçə konqresmen müsəlman təşkilatları ilə ictimai işlərdə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə edib.

Söhbət, ilk növbədə, sosial yönümlü layihələrdən gedir. İlk olaraq sosial müdafiəsi olmayan müsəlmanlara humanitar yardımı nəzərdə tutan “Qayğıkeş məscid” və müxtəlif millətlərdən olan cəmiyyətləri toplayacaq “Milli məscidlər” layihələri həyata keçiriləcəkdir.

Digər xəbərlər