ABŞ-da prezidentliyə namizəddən məscidlərin bağlanması təklifi
715 dəfə baxılıb
“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, ABŞ-da Respublikaçılar partiyasından prezidentliyinə namizəd, milyarder Donald Tramp Paris hadisələrinə cavab olaraq ABŞ-da məscidlərin bağlanması məsələsinə ciddi baxmağı təklif edib.
“Mən bunu istəməzdim, ancaq bu, üzərində ciddi düşünüləsi məsələdir. Məscidlərdən görünməz nifrət çıxır, şüurdan kənar nifrət”, – deyə Tramp “MSNBC” telekanalına müsahibədə bildirib.
Bundan əlavə, Tramp Nyu-Yorkun ötənilki meri Bill de Blazionun polislərin müsəlman icmalarını izləmə proqramını bağlaması qərarına narazılığını ifadə edib.
Qeyd edək ki, keçirilən sorğulara əsasən, Donald Tramp respublikaçı namizədlər arasında liderdir. İndiyədək seçki kampaniyalarında səbəbkar olduğu qalmaqalların onun reytinqinə müsbət, yoxsa mənfi təsir etdiyi isə hələ də bilinmir. Donald Tramp kampaniyalar zamanı cəmiyyət içində rəqiblərindən birini təhqir edib, teledebat işçiləri ilə mübahisə edib və Respublikaçılar partiyasının bir neçə üzvü ilə dalaşıb.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 118-ci ayə)
Lakin müsəlmanlar İslamın düşmənlərinin bu düşmənçiliyinə və nifrətinə necə reaksiya verməlidir? Onlar da müqavilə ilə bağlı olduqları qeyri-müsəlmanlara qəsd edərək onlara eyni haqsızlıqla cavab verməlidir? Və ya nümayişlər keçirib və insanların mülkiyyətlərini və əmlakını dağıtmalıdır?
Həqiqətdə, bütün bu qırğınlar və anarxiyanın həqiqi İslamla heç bir əlaqəsi yoxdur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim sülh müqaviləsi bağlanmış qeyri-müsəlmanı öldürərsə, Cənnətin qoxusunu belə duya bilməz” (Əl-Buxari).
Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu sözlərindən sonra müsəlmanlar hökumət tərəfindən təhlükəsizlik zəmanəti verilən qeyri-müsəlmanların həyatına və malına necə qəsd edə bilərlər? Əgər bu müsəlmanlar həqiqətən Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) sevirlərsə, onda niyə onlar onun sözlərinə qulaq asmırlar?
Axı Uca Allah Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) müsəlmanlara belə deməsini əmr edir: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 31-ci ayə)
Beləliklə, yalnız emosiyalara əsaslanan və müsəlmana peyğəmbərin vəsiyyətlərini yerinə yetirməyə təkan verən sevgi, həqiqi sevgi hesab olunmur.
Şübhəsiz, müsəlmanlar bütün mümkün səmərəli səyləri qoyaraq İslamın və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şərəfini və adını müdafiə etmək üçün bütün qanuni metodlardan istifadə etməyə borcludur.
Eyni zamanda, Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)
Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)
Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.
Axı fəlakətlərin əksəriyyəti müsəlmanlara məhz onların günahları səbəbindən üz verir.
Uca Allah buyurur: “Siz (onların başına) ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.”(Müqəddəs Quran, “Ali İmran” surəsi, 165-ci ayə)“Bu ayə müsəlmanların məğlub olduğu Uhud dağı yaxınlığında gedən döyüşdən sonra nazil olub. Diqqətəlayiqdir ki, müsəlmanların bu döyüşdə məğlubiyyətinin səbəbi oxçular dəstəsinin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmrinə tabe olmamağı oldu. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) oxçulara təpədə qalmağı və müsəlman ordusunun arxa cəbhəsini müdafiə etməyi israrla əmr etmişdi. Müsəlman ordusu düşmən qoşunlarını yardıqda və müşriklər geri çəkilməyə başladıqda, oxçular dəstəsindən bir çoxları, yanlışlıqla artıq döyüşün müsəlmanların xeyrinə başa çatdığını güman edərək, öz mövqelərini tərk etdi və düşmən ordusunu təqib etməyə başladı.
Lakin, düşmən süvari qoşunu müsəlman ordusunun arxa cəbhəsinin müdafiəsiz qaldığını görüb bundan istifadə etdi və dövrə vurub müsəlman ordusunun arxa cəbhəsinə zərbə endirdi. Mühasirəyə düşmüş müsəlman ordusu itki verməyə və geri çəkilməyə başladı, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) isə az qala öldürülmüşdü. Beləliklə, müsəlmanların kiçik bir qrupunun Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) qarşı bir itaətsizliyi bütün müsəlman ordusunun məğlubiyyətinə gətirib çıxardı.” (Bax “Təfsir İbn Kəsir”).
Belə olduğu halda, zamanımızda əksəriyyətinin İslamın hökmlərinə riayət etmədiyi, çoxlarının isə hətta Allahla yanaşı başqa ilahlara və məxluqata sitayiş etdiyi müsəlmanların bugünkü vəziyyətindən nə deyəsən ?!
Uca Allahdan diləyirik ki, O bütün müsəlmanların doğru yola yönəltsin və onlara dinlərinə tam şəkildə etiqad etməyə kömək etsin. Həmçinin Allahdan İslama istehza edən kafirləri alçaltmasını və cəzalandırmasını istəyirik!