ABŞ-da Quran jestlərin dilinə tərcümə olunacaq
925 dəfə baxılıb
“Sələf Xəbər” islam.in.ua saytına istinadən bildirir ki, bir qrup amerikalı müsəlman Global Deaf Muslims (GDM) adlı təşkilatda birləşərək eşitmə əngəlli müsəlmanların öz dinini yaşamaqda qarşılaşdığı problemləri dünyaya çatdırmağa çalışır.
Dünyada təxminən 55 milyon eşitmə əngəli müsəlman yaşayır. Onlar da hamı kimi məsciddə ibadət etmək, xütbə və dərslərdə iştirak etmək, Quran oxumaq istəyir, lakin bir çox çətinliklərlə qarşılaşır.
GDM təşkilatının rəhbəri, Qanadan olan 38 yaşlı Naşiru Abdulay özü də bu problemi yaşayıb: “Hər dəfə, məscidə gedib, orada oturur və ancaq məscid imamının üzünə baxırdım, bir söz belə anlaya bilmirdim”. 10 yaşında meningit xəstəliyindən sonra eşitmə qabiliyyətini itirən Abdulay daha sonra Virciniya ştatına köçüb.
Naşiru Abdulay eşitmə əngəlli müsəlmanlar üçün təşkilat yaratmaq qərarına gəlib. 2005-ci ildə o bütün dünya üzrə eşitmə əngəlli müsəlmanların hüquq və tələbatlarının həlli üzrə GDM təşkilatını açıb.
Hazırda GDM bölmələri Kanada və Qanada, həmçinin Kaliforniyada, Virciniya, Minnesota, İllinoys və Texas ştatlarında fəaliyyət göstərir. Təşkilat eyni zamanda Müqəddəs Quranın jestlərin amerikan dilinə tərcüməsi üzrə layihənin maliyyələşdirilməsi üçün 480 000 dollar vəsait cəlb edib.
“Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun
işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)