Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-da San Bernardino şəhərində terror hücumunda ölənlərin ailələri, 20,000 dollar məbləğində maliyyə yardımı alacaq.

Dekabr 07
17:16 2015

Belə ki, LaunchGood adlı web saytın köməyi ilə Kaliforniyadakı müsəlman icması terror hücumunda ölənlərin ailələri üçün bir sutka ərzində 20,000 məbləğində vəsait toplamağa müvəffəq olub.

“Sələf Xəbər”in “LaunchGood”-a istinadən xəbərinə görə, 14 nəfərin həlakı və daha 17 nəfərin ağır yaralanması ilə nəticələnən Kaliforniya ştatındakı terror hücumundan sonra müsəlman icması ölənlərin ailələri üçün maddi yardım toplamağa başlayıblar.

“Bizlər dinimizin bizə öyrətdiyi kimi pisliyə yaxşılıqla cavab veririk. Necə ki, Muhamməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “Yer üzündə olanlara mərhəmət göstərin ki, Allah da sizə mərhəmət göstərsin”. Müqəddəs Quran isə bizə pisliyi ən yaxşı yolla dəf etməyi buyurur. “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət surəsi, 34-cü ayə).

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər