ABŞ-da Suriyadakı dəhşətləri əks etdirən fotosərgi açılıb
997 dəfə baxılıb
ABŞ-ın Konqreslər binasında foto sərgi açılıb.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, Suriya ordusunda xidmət edən “Sezar” ləqəbi ilə tanınan polisin çəkdiyi 50-dək işgəncə dolu fotolardan ibarət sərgi böyük maraqla qarşılanıb. Binanın daxilində yerləşən Soyqırımı Muzeyində nümayiş olunan sərgidə Respublikaçılar partiyasından olan tanınmış siyasətçilərlə yanaşı, bir sıra adi vətəndaşlar da iştirak ediblər.
Daha sonra bu işgəncə dolu fotolar Brüsseldə yerləşən Avropa Parlament Assambleyasının binasında da nümayiş olunub. Assambleyada təmsil olunan bir sıra deputatların iştirak etdiyi foto sərgidə Suriyada hakim qüvvələrin vətəndaşlara qarşı şiddətli zülmlərini əks etdirən kadrlar nümayiş olunub. Eyni adlı sərgidə itkin düşmüş suriyalılar dərnəyinin direktoru Moayyad əl- Rəçidlə yanaşı, dərnəyin əməkdaşları da iştirak ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)