ABŞ-da yüzlərlə insan Kaliforniyadakı terror hücumundan sonra məscidi əhatəyə alıb
755 dəfə baxılıb
Cümə axşamı günü ABŞ-da yüzlərlə adam anti-İslam və hər hansı bir radikal fikirlərə qarşı etiraz etdiklərini göstərmək üçün Denver məscidinə topalşıb.
“Sələf Xəbər” in “İslam-Today”-ə istinadən xəbərinə görə, yerli sakinlər bildiriblər ki, onlar Paris və San-Bernardino şəhərlərində terror hücumlarından sonra təzyiq və təcavüzə məruz qalan yerli müsəlmanlara dəstək olduqlarını göstərmək üçün bu addımı atıblar.
Əllərində müsəlmanlara dəstək şüarları yazılmış plakatlar tutan yerli sakinlər müsəlmanlara dəstək verənlərin say çoxluğunu bildirmək üçün məscidin hasarlarına lentlər bağlayıblar.
Sələf Xəbər: Həqiqətdə, bütün bu qırğınlar və anarxiyanın həqiqi İslamla heç bir əlaqəsi yoxdur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim sülh müqaviləsi bağlanmış qeyri-müsəlmanı öldürərsə, Cənnətin qoxusunu belə duya bilməz” (Əl-Buxari).
Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu sözlərindən sonra müsəlmanlar hökumət tərəfindən təhlükəsizlik zəmanəti verilən qeyri-müsəlmanların həyatına və malına necə qəsd edə bilərlər? Əgər bu müsəlmanlar həqiqətən Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) sevirlərsə, onda niyə onlar onun sözlərinə qulaq asmırlar?
Axı Uca Allah Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) müsəlmanlara belə deməsini əmr edir: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”(Müqəddəs Quran, “Ali İmran” surəsi, 31-ci ayə)