ABŞ-dan önəmli PKK açıqlaması
İyul 08
17:18
2016
774 dəfə baxılıb
ABŞ PKK-nı terror təşkilatı kimi tanımaqda davam edir.
Selefxeber.az Axar.az-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Con Kirbi Türkiyənin PKK terrorçularına qarşı təşkil etdiyi əməliyyatlara münasibət bildirərkən deyib.
Departament nümayəndəsinin sözlərinə görə, rəsmi Ankaranın vətəndaşlarını müdafiə haqqı və məsuliyyəti var:
“Varşavada keçiriləcək danışıqların önünə keçmək istəmirəm. ABŞ PKK-nı terror təşkilatı kimi tanımaqda davam edir. Dünən də dediyim kimi, Türkiyənin PKK-nın terror hücumlarından ötrü özünü, vətəndaşlarını müdafiə haqqı və məsuliyyəti var. YPG və PYD ilə bağlı fikirlərimizdə isə bir dəyişiklik yoxdur. Onları terrorçu təşkilat olaraq görmürük”.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).