Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-dan Türkiyəyə gözlənilməz həmlə

Oktyabr 09
16:24 2017

ABŞ Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırıb.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfirliyi açıqlama yayıb.

“Son vaxtlar baş verən olaylar ABŞ hökumətini ölkədəki türk rəsmilərinin taleyi haqda fikirləşməyə məcbur edib. Buna görə də Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi müvəqqəti olaraq dayandırırıq”, – açıqlamada deyilir.

Türk mediası sözügedən qərarın ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ istintaqı çərçivəsində tutulması ilə bağlı olduğunu yazıb.

Bu arada, ABŞ-ın İstanbuldakı konsulluğunun daha bir əməkdaşının həbs ediləcəyi haqqında məlumat verilib.

Belə ki, Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı baş konsulluğunun daha bir əməkdaşının həbs olunması barədə qərar qəbul edib.

“Report.az” Türkiyə KİV-ə istinadən məlumat verir ki, kimliyi açıqlanmayan həmin şəxs Türkiyə vətəndaşıdır və konsulluqda təhlükəsizlik məsələləri ilə məşğul olur.

Məlumata görə, şübhəli şəxs konsulluğun binasından çıxmadığı üçün hələlik onu saxlamaq mümkün olmayıb.

İnformasiyaya əsasən, Fətullahçı Terror Təşkilatına (FETÖ) maliyyə dəstəyinin verilməsi ilə bağlı təşkilat rəhbərliyinin çağırışından sonra onun həyat yoldaşı “Bank Asya”ya pul yatırıb. “Bank Asya” isə FETÖ-nün nəzarətində olub və bağlanıb.

Digər xəbərlər