Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ dünyaya xəbərdarlıq etdi

Oktyabr 13
14:53 2014

“Sələf Xəbər” sondakika.com xəbər saytına istinadən, ABŞ-ın İraq və Şam İslam Dövləti (İŞİD) terror xəvaric qruplaşmasına qarşı yaradılmış koalisiyaya qatılmış ölkələr başda olmaqla bütün dünya ölkələrinə İŞİD terror xəvaric qruplaşmasının qisas hücumları ilə bağlı xəbərdarlıq edib.

Birləşmiş Ştatların Xarici İşlər Nazirliyi İraq və Suriyada fəaliyyət göstərən İŞİD terror xəvaric qruplaşmasına qarşı hava hücumlarının başladığı gündən etibarən, qruplaşma tərəfindən qisas hücumlarına məruz qalma riskinin artdığını bəyan edib.

Bu açıqlama, ABŞ Xarici İşlər Nazirliyinin Türkiyənin Suriyalı müxaliflərə təlim və silah təchizatı ilə bağlı açıqlaması ilə eyni günə təsadüf edib. ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “İŞİD döyüşçülərinə qarşı hava hücumlarının başlandığı gündən bəri, təşkilatın ABŞ-ın liderlik etdiyi koalisiyaya üzv olmuş ölkələrə qarşı qisas hücumları həyata keçirmək riski artıb”.

Potensial təhdidlərlə əlaqəli “Dünya miqyaslı xəbərdarlıq” başlığı altında yayılmış açıqlamada bildirilir ki, “İŞİD dünyanın harasında olursa olsun öz tərəfdarlarını hava hücumlarına qarşı onlara dəstək olmağa çağırıb. Xüsusilə Yaxın Şərq, Şimali Afrika, Avropa və Asiya başda olmaqla bütün dünyada ABŞ və koalisiya ölkələrinə qarşı qisas hücumları ehtimalı artıb”.

 Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı (örtülü) qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kasset, A tərəfi).

Digər xəbərlər