ABŞ Fələstin dövlətini tanımayacaq
Dekabr 30
17:15
2014
797 dəfə baxılıb
ABŞ Fələstin dövlətinin tanınmasına dair qətnamə layihəsini dəstəkləməyəcək.
“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib.
O, adıçəkilən qətnamə layihəsini qeyri-konstruktiv adlandıraraq, sənəddə İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin olunmadığını bildirib.
Məlum olduğu kimi, dekabrın 17-də BMT Təhlükəsizlik Şurasına müstəqil Fələstin dövlətinin yaranmasına dair qətnamə daxil olub. Qətnamə layihəsini İordaniya irəli sürüb. Qətnamə layihəsinə əsasən, İsrail 2016-cı ilin noyabrınadək qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Fələstin mənbələrinə görə, BMT Təhlükəsizlik Şurası məsələyə yaxın günlərdə baxacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)