ABŞ Filippin adalarını bombalamaq niyətindədir
1. 067 dəfə baxılıb
Radikal dini terrorizmin ölkədə yayılması Pentaqonu hərbi müdaxiləyə vadar edir
Pentaqon Filippin adalarında İŞİD xəvaric terrorçularına qarşı xüsusi əməliyyatlar planlayır.
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, “Musavat.com” xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə nazirliyi Filippinlərdə hərbi müdaxilənin inkanlarını gözdən keçirməklə məşğuldur. NBC kanalının verdiyi məlumata əsasən, bununla bağlı qərar yaxın günlərdə veriləcək.
Hər şeydən əvvəl əsasən PUA-lardan istifadə edilməsi planlaşdırılır. Əməliyytın hansı yöndə inkişaf etdiriləcəyi barədə isə məlumat verilmir.
Filippin adalarında hökumət gücləri ilə silahlı terrorçular arasında savaş may ayından bu yana davam edir. Həmin ay “Əbu Səyyaf” və “Maute” adlı qruplar ölkənin cənubunda Mindanao adasında Maravi şəhərini ələ keçirmişdilər.
Hökumət qüvvələrinin keçirdiyi əməliyyat 89 terrorçunun, 21 hərbçinin və 19 dinc sakinin ölümünə gətirib çıxarmışdı. Əməliyyatın gedişində ordu İtaliyadan alınan SF-260 təyyarələrindən də istifadə etmişdi.
Kəşfiyyatın verdyi məlumata görə, Filippin silahlılarının tərkibində onlarla xarici ölkədən gələn terrorçu vuruşur. Reuters-in Filippin kəşfiyyatına istinadən verdiyi xəbərə görə, onların tərkibində malayziyalılar, pakistanlılar, çeçenlər, hindistanlılar, mərakeşlilər və türklər var.
Malayziyalıarın arasında əvvəllər universitet müəllimi olmuş Mahmud Əhməd adlı şəxsə xüsusi diqqət yetirilir. Malayziya mətbuatının xəbərinə görə, Mahmud Əhməd 1990-cı illərdə “Əl Qaidə”nin Əfqanıstandakı düşərgələrində xüsusi təlim keçmiş terrorçudur.
Bu adam malayziyalı gənclərin Suriya və İraqa hazırlanaraq göndərilməsində xüsusi rol oynayıb.
Hazırda isə o, İŞİD xəvaric terrorçuları tərəfindən “Əbu Səyyaf” təşkilatına ezam edilib. Kəşfiyyatın təhlilinə əsasən “Əbu Səyyaf “lideri İsnilon Hapilonun öldürülməsi halında məhz Mahmud Əhmədin onun yerinə keçəcəyi gözlənilir.
Ümumiyyətlə, Maravidə xarici cihadçlıarın peyda olması İŞİD xəvaric terrorçularının Filippin adalarına Cənubi-Şərqi Asiya regionundakı plasdarm kimi baxmasından xəbər verir.
Yerli hakimiyyət terrorçuların ölkədə fəaliyyəti üçün sosial-iqtisadi mühitin olduqca əlverişli olduğunu dilə gətirirlər. Belə ki, Mindanao adası ölkənin ən kasıb bölgəsi hesab edilir və bu da radikal cərəyanların yerli əhali, xüsusilə gənclər içərəsində populyarlaşmasına şərait yaradır.
Bundan başqa, bölgənin coğrafi quruluşu və xüsusiyyəti terrorçuların rahat hərəkət etmələri üçün əlverişli imkanlar bəxş edir.
Filippin adalardan ibarət bir dövlət olduğu üçün burada sərhədlərə nəzarət etmək olduqca çətindir. Filippinin ətrafında minlərlə ada var.
Tailandın və Myanmanın cənubunda, habelə İndoneziyada insan ayağı dəyməyən adalar mövcuddur.
Filippinin də daxil olduğu Malay arxipelaqı (buraya İndoneziya, Şərqi Timur, Malayziya və Bruney kimi dövlətlər də daxildir) 17 min 500 adanı özündə birləşdirir. Onların yalnız 6 minində insan məksunlaşıb.
Bu böyüklükdə akvatoriyaya isə nə dənizdən, nə də havadan nəzarət etmək mümkün deyil. Adaların tropik meşələrlə örtlüməsi ayrıca problemdir. Bu səbəbdən “Əbu Sayyaf” Filippindən sıxışdırlıb çıxarılsa belə terrorçular həmin adalarda yerləşə bilirlər.
Həm “Əbu Səyyaf”ın, həm də Mautenin İŞİD-ə biət etməsi bölgədə olduqca qorxulu tendensiyanın başlanığıcından xəbər verir.
Nəzərə almaq lazımdır ki, Cənubi-Şərqi Asiya regionunun əhalisi 600 milyondan artıqdır və onun 40%-i müsəlmandır.
İŞİD-in vaxtında durdurulmaması halında terror təşkilatı öz nüfuzunu və təsirini nüvə reaksiyası kimi yaya bilər.