Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ generalı: Rusiyanın bu silahı qarşısında acizik

Avqust 30
16:36 2017

Rusiyanın radioelektron mübarizə sahəsində əldə etdiyi nailiyyətlər NATO-nun sahibi olduğu yüksək texnologiyalı silahların bütün üstünlüklərini əlindən alır.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandiri ordu generalı Frank Qorenk danışıb.
General Rusiyanın “Krasuxa” və “Moskva” radiolektron mübarizə komplekslərinin qarşısında aciz olduqlarını bildirib. Onun sözlərinə görə, Rusiyanın ən müasir elektron silahları gəmi, təyyarə və raketlərdə quraşdırılmış texnikanı tamailə iflic vəziyyətə salır. Rusiyanın radioelektron mübarizə sahəsində tətbiq etdiyi ən yeni kompleksləri ordunun döyüş potensialını 2 dəfədən çox artırıb.

Qeyd edək ki, “Ordu-2017” Beynəlxalq Hərbi-Texniki Forumunda “Radioelektron Texnologiyalar” konserni ilə “Vitebsk”, “Krasuxa” və “Moskva” elektron mübarizə komplekslərinin Rusiya Müdafiə Nazirliyinə köçürülməsi haqqında akt imzalanıb.

Digər xəbərlər