ABŞ Güləni Türkiyəyə verir
1. 092 dəfə baxılıb
Ədliyyə naziri Bəkir Bozdağın ABŞ-a səfəri ölkələrarası əlaqələri daha da konkretləşdirib. Fətullah Gülənin ya müvəqqəti həbsi, ya da ekstradisiya edilməsi prosesini sürətləndirib.
Selefxeber.az-ın məlumatına görə Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.
Qeyd edək ki, Ədliyyə naziri Bəkir Bozdağ terrorçubaşı Fətullah Gülənin ekstradisiya məsələsini geniş müzakirə etmək üçün ötən həftə ABŞ-a səfər etmişdi.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)
Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”
Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)
Uca Allahdan bütövlükdə müsəlman ümmətini, və, xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!