ABŞ həbsxanalarında müsəlman məhbuslara halal qidalar veriləcək
752 dəfə baxılıb
ABŞ-da fəaliyyət göstərən insan hüquqlarını müdafiə təşkilatlarından ikisi Florida Ştatında Miami-Dade County ərazisindəki həbsxanalarda yatan müsəlman məhbusların haqlarını müdafiəyə qalxıb.
“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən xəbərinə görə, məlum olub ki, mövcud qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, müsəlman məhbuslar halal qidalarla təmin edilmirlər.
Amerika-İslam Əlaqələri Şurası (CAIR) və Florida Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) müsəlman məhbuslardan bu məsələ ilə bağlı çoxsaylı şikayətlər aldıqlarını bildiriblər. Onların sözlərinə görə, keçən ilin oktyabr ayından etibarən həbsxana müdiriyyəti müsəlman məhbuslara halal qidalar verməyi dayandırıb. İslah müəssisələrində məhbusların dini ehtiyaclarının məişət baxımından ödənilməsi nəzərdə tutulduğu halda buna əməl olunmayıb.
CAIR və ACLU təşkilatları məhbusların şikayətləri barədə həbsxana orqanlarına məlumat versə də hələ ki heç bir dəyişiklik yoxdur.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”. (Qurani-Kərim, “Nəhl” surəsi, 114-cü ayə)