ABŞ helikopterləri Suriyada İŞİD komandirlərini xilas edib
1. 056 dəfə baxılıb
Suriyada hökumət qüvvələri tərəfindən Meyadin şəhərinin azad edilməsindən iki həftə əvvəl Amerika vertolyotları İŞİD-in xarici komandirlərini şəhərdən evakuasiya edib.
Selefxeber.az-ın “AzVision”a istinadən xəbərinə görə, bunu “Ria Novosti”-yə yerli sakinlər deyib. Onların sözlərinə görə, Amerikanın hərbi helikopterləri öncə Ər-Rahba rayonunda manevrlər edib, daha sonra isə ərazi bombalanıb.
“Biz gizləndikdən sonra Amerikaya məxsus bir neçə helikopter yerdə onları gözləyən İŞİD komandirlərini götürüb getdi”– yerli sakin Məhəmməd Əvəd əl-Hüseyn deyib.
Keçmiş hərbçi olduğunu deyən kişi Amerika təyyarlərini yaxşı tanıdığını bildirib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”