Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ İD-nin mövqelərinə 123 zərbə endirib

Sentyabr 02
17:45 2014

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Hərb Hava Qüvvələri “İslam dövləti” (İD) qruplaşmasının İraqdakı mövqelərinə ümumilikdə 123 zərbə endirib.

Bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Son iki gün ərzində strateji əhəmiyyət kəsb edən “Mosul” bəndi yaxınlığında terrorçuların mövqelərinə üç zərbə endirilib.

ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən başlayaraq İD mövqelərinə 24 dəfə Ərbildə, 13 dəfə Sincar dağı, 82 dəfə Mosul bəndi yaxınlığında və 4 dəfə Amerli qəsəbəsində zərbə endirib.

 Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı (örtülü) qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kasset, A tərəfi).

Digər xəbərlər