Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-ın Ər-Riyada hücumunun əsl səbəbi – Kuznetsov

Oktyabr 09
16:39 2017

Amerika Kəşfiyyat İdarəsi özünü Saudiyyə Ərəbistanında öz evindəki kimi hiss edir.

Selefxeber.az-ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış politoloq Oleq Kuznetsov Səudiyyə Ərəbistanı kralının Moskva səfəri zamanı BMT-nin Yəmənə qarşı insan haqlarının müdafiəsi istiqamətində qaldırdığı iddia və görüşün doğuracağı hadisələrlə bağlı “Axar.az”a danışarkən deyib. O qeyd edib ki, ərəb ölkələrinin Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlığını yaxından izləyir:

“Buna görə də Səudiyyə kralının Moskvaya olan rəsmi səfərini üç milyardlıq silah müqaviləsi prizmasından araşdırdım. Rəsmi Ər-Riyadla baş verən hadisə (BMT-nin qara siyahısına salınması) təsadüf adlandırıla bilməz, çünki öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, dünya tarixində belə təsadüflər baş vermir. Təsadüfi insidentlər iki dövlət arasındakı münasibətlər çərçivəsində ortaya çıxa bilər. Son yüzillikdə Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə hər hansı bir “təsadüf”ün ortaya çıxdığını xatırlamıram.

Başa düşmək lazımdır ki, bu qurumun aldığı hər bir qərar rasional xarakter daşıyır, çünki BMT-də heç bir qərar kortəbii şəkildə alınmır. Hər hansı bir qərarın alınması üçün kifayət qədər vaxt və lobbi araşdırması lazım gəlir.

Saudiyyə Ərəbistanı kralının Rusiyaya səfəri ilə bu ölkəni insan hüquqlarını pozan dövlətlərin BMT-dəki qara siyahıya salınmasının sinxronluğu ona dəlalət edir ki, Amerika Kəşfiyyat İdarəsi özünü Saudiyyə Ərəbistanında öz evindəki kimi hiss edir. Bununla onlar öz xarici siyasət idarələrinə fora və qədərincə zaman imkanı yaradırlar ki, BMT kimi iri və ləng beynəlxalq strukturda repressiv siyasi qərar qəbul edilməsinə nail ola bilsinlər. Çox guman ki, Amerika diplomatları Səudiyyə Ərəbistanına qarşı BMT-də represiyalar barədə məsləhətləşmələrə CİA-ya kralın Moskva səfəri barədə razılaşma haqda məlumat daxil olandan sonra başlanmışdır. Bu addım təkcə saudilərə deyil, həm də Rusiyaya qarşı effektiv təsir vasitəsidir. Bu yolla ictimaiyyətə bir daha nümayiş etdirilir ki, Kreml Böyük Yaxın Şərqdə ancaq, amerikalıların təbirincə diktator ölkələrin—İran, Suriya, Türkiyə, bu dəfə də Səudiyyə Ərəbistanı—rəhbərləri ilə görüşür. Məhz bu səbəbdən bu siyası demarşa mən təkcə Səudiyyə Ərəbistanının siyasi nüfuzuna xələl gətirmək kimi yox, çoxvektorlu addım kimi baxıram”.

Politoloq bildirib ki, amerikalıları başa düşmək olar, çünki Ər-Riyadın 3 milyard dolları Amerikanın nəhəng silah istehsalçılarının burnunun ucundan keçir:

“Nəzərə alaq ki, ABŞ-da silah lobbisi çox güclüdür və şübhəsiz, onlar Ağ Evə və Dövlət Departamentinə təsir göstərirlər ki, Rusiyanın potensial gəlir əldə edəcəyi faktına hər necə olsa reaksiya versinlər. Bununla yanaşı, bir xüsusu da nəzərə almaq lazımdır ki, Rusiya ilə Ərəbistan arasındakı silah müqaviləsi silahların qismən “lokallaşdırılmasını” nəzərdə tutur, yəni silahların istehsalı, təmiri və xidmət göstərilməsi texnologiyası krallığa verilir. O cümlədən Səudiyyə Ərəbistanında “Kalaşnikov” avtomatlarının ən son modellərini və onun sursatını istehsal edən zavod tikiləcək. Bu da öz növbəsində saudilərin regional silah bazarında lisenziyalı silah satışını təşkil etdikcə, Rusiya birdəfəlik deyil, gələcəkdə perspektiv gəlir əldə etmək imkanı qazanacaq. Böyük ehtimalla Rusiyanın atıcı silahları 10-15 il ərzində təkcə Yaxın Şərqdə deyil, həmçinin bütün Afrikada Amerikanın yüngül silahlarını sıxışdırıb çıxaracaq. Buna isə Amerika heç vəclə razı ola bilməz.

Silah satışında yeni bazarlar uğrunda mübarizədə hər vasitədən istifadə etmək olar, hətta siyasi vasitələrdən də”.

Digər xəbərlər