ABŞ-ın Rusiya-İran hərbi ittifaqına qarşı əks tədbiri
817 dəfə baxılıb
Rusiya bombardmançılarının İranda yerləşdirilməsi iki ölkə arasında siyasi ittifaqın yaradılması ilə bağlı atılan ilk addımdır.
Selefxeber.az-ın məlumatına görə Axar.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Konstantin Sivkov agentliyə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Moskvanın bu addımına Səudiyyə Ərəbistanı və ABŞ mütləq cavab verəcək:
“Rusiya və İran yaxınlaşması ilk növbədə Səudiyyə Ərəbistanı üçün mesajdır. Belə ki, İranla bundan sonra daha diqqətli davranmaq lazım gələcək. Ona görə ki, o, artıq tək hərəkət etmir. Bu, çox ciddi dəyişikliklərə səbəb ola bilər. Buna qarşılıq olaraq Səudiyyə Ərəbistanı və Qətərdə yeni ABŞ bazaları yarana bilər. Amerikalılar həmçinin Türkiyə üzərində təsirlərini artırmaq üçün də imkan axtaracaqlar”.
Qeyd edək ki, Rusiya özünün bombardmançı təyyarələrini İranın Həmədan şəhərində yerləşdirib. Rus bombardmançılar buradan Suriyadakı İŞİD mövqelərini bombardman edəcəklər.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).