ABŞ indiyədək “İslam dövləti”nin mövqelərinə 131 zərbə endirib
Sentyabr 06
14:49
2014
878 dəfə baxılıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın hərbi təyyarələri İraqda “İslam dövləti” (İŞİD) terror xəvaric qruplaşmasının mövqelərinə növbəti hava zərbələri endirib.
Bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.
Zərbələr nəticəsində terrorçuların zirehli texnika, avtomobilləri, müşahidə postu və üç minaatan mövqeyi məhv edilib. Əməliyyat Mosul şəhəri ətrafındakı ölkənin ən böyük eyniadlı bəndi yaxınlığında və İraq Kürdüstanının inzibati mərkəzi Ərbildə keçirilib. Beləliklə, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən “İslam dövləti” (İŞİD) terror xəvaric qruplaşmasının mövqelərinə 131 zərbə endirib.