ABŞ İŞİD-ə görə Toyota şirkətindən hesabat tələb etdi
700 dəfə baxılıb
Verilən məlumata görə ABŞ hakimiyyət orqanları Yaponiyanın məşhur Toyota şirkətindən İŞİD-in bu qədər tam ötürücülü toyota markalı avtomobili necə əldə etməsi haqqında izahat tələb edib.
Belə ki, ötən günlərdə İŞİD karvanında onlarla “Toyota Hilux” pikap və “Toyota Land Cruiser” markalı avtomobillər nümayiş etdirilmişdir.
İBC News saytı ABŞ-ın BMT üzrə sabiq səfiri Mark Valasın “Toyota avtomobilləri İŞİD-in bir parçasına çevrilmişdir” sözlərini nəql etmiş və terror qruplaşması avtomobilləri əldə etməsin deyə, Yaponiya şirkətindən bu istiqamətdə səylərini gücləndirməyi tələb edib.
Toyota şirkəti isə CNN-ə bildirib ki, şirkət avtomobillərini terrorçuluqda şübhəli bilinən heç bir tərəfə satmır.
Şirkət ehtimal edir ki, avtomobillər vasitəçilər tərəfindən alınıb İŞİD-ə satılıb, yaxud oğurluq yolu ilə əldə edilib. Şirkət onu da qeyd edib ki, onlar avtomobillərin İŞİD-in əlinə necə keçdiyini dəqiq bilmirlər.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”