ABŞ İŞİD-in Əfqanıstandakı mövqelərinə ən güclü qeyri-nüvə mərmisi atıb
1. 023 dəfə baxılıb
ABŞ döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib.
Selefxeber.az xəbər verir ki, “APA”-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir. Məlumata görə, ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.
“Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub”, – deyə məlumatda bildirilir.
Pentaqon, bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bomba olduğunu təsdiqləyib.
Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”