ABŞ-la ərəb ölkələri yeni mərkəz yaradır – Razılaşma
May 22
18:43
2017
996 dəfə baxılıb
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Fars körfəzi Ərəb Ölkələri Əməkdaşlıq Şurasına qatılan ölkələrlə ABŞ arasında terrorun maliyyə mənbələri ilə mübarizə çərçivəsində mərkəz qurulması istiqamətində müqavilə bağlanıb.
Razılaşma Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin əl-Səud və ABŞ Dövlət katibi Reks Tillerson arasında imzalanıb.
Razılaşmaya əsasən, ABŞ-la Körfəz ölkələri arasında terrorun maliyyə mənbələrinin və terror təşkilatlarının maliyyə mexanizminin işləməsinə nəzarət olunması planlaşdırılır.