Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ məscidlərində imam çatışmır

Avqust 20
19:14 2014

“Sələf Xəbər” islam-today.ru saytına istinadən yazır ki, ABŞ-da məscid imamlarına ehtiyac var.

Amerika müsəlmanlarının sayı artdıqca, imamlara ehtiyac da getdikcə artır. Gənc müsəlmanların valideynləri tərəfindən başqa, dini fənləri nəzərdə tutmayan peşələrə istiqamətləndirilməsi vəziyyəti daha da ağırlaşdırır.

ABŞ-da məscidlərin sayı da artmaqdadır. Son 10 il ərzində məscidlərin sayı 74% çoxalıb. Lakin bu vəziyyət imam vəzifəsini qəbul edən müsəlmanların sayında artımla müşayiət olunmayıb, bu da ciddi çatışmazlıq yaradıb.

Valideynlər, uşaqlarının tibb, mühəndislik, hüquq və biznes sahələrini öyrənməsinə üstünlük verirlər.

Bundan başqa, bir çox yerli müsəlmanın daimi gəliri yoxdur, bu da cavanları qorxudur. 2011-ci ilin tədqiqatları göstərmişdi ki, amerikan imamlarının yalnız 44%-i muzdludur və tam iş günü işləyir, qalanı isə könüllü imamlardır.

Digər xəbərlər