Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ Myanmara qarşı sanksiya tətbiq edə bilər – Dövlət Departamenti

Oktyabr 24
16:36 2017

ABŞ hökuməti Arakan bölgəsində insan haqlarının pozulmasına görə Myanmara qarşı sanksiya tətbiq edə bilər.

Selefxeber.azAPA”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.

“ABŞ Arakan bölgəsindəki vəziyyətlə əlaqədar Myanmar hökumətinə qarşı mümkün sanksiyalar tətbiqini nəzərdən keçirir. Myanmar hökuməti və silahlı qüvvələri ölkədə sülh və təhlükəsizliyi təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməlidir”, bəyanatda deyilir. Sənəddə həmçinin vurğulanır ki, ABŞ artıq Myanmar ordusu ilə qarşılıqlı əlaqəni məhdudlaşdırıb.

Ötən həftə bir qrup Konqres üzvü Tramp administrasiyasını Myanmara qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Konqresmenlər Myanmarda Rohinca müsəlmanlarına qarşı törədilən zorakı hadisələrə görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqinə çağırıblar.

Xatırladaq ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, son üç ay ərzində Myanmardan Banqladeş ərazisinə 500 mindən çox qaçqın keçib.

Sələf Xəbər: Əksər dünya dövlətlərinin Myanmarda müsəlmanlara qarşı törədilən soyqırıma qarşı susması təəssüf hissi doğurur. Bəzi qərb dövlətləri hərdən istəksiz, sanki söz xətrinə bu kimi çıxışlar edirlər, lakin hələ işin həllində heç bir nəticəsi yoxdur. Görəsən Myanmardakı müsəlmanlara qarşı törədilən soyqırım hər-hansı xristian, yaxud buddist topluma qarşı edilsəydi, o zaman yenə də ağızlarına su alıb susacaqdılar?!

Əsla, əsla susan deyildilər. Ona görə ki, bir neçə il öncə törədilən Xocalı soyqırımını tanımır, amma üzərindən yüz ildən də çox vaxt keçmiş dırnaqarası “erməni soyqırımı”nı tanıyırlar.

Bu, müsəlmanlara qarşı qərəzli baxışın bariz nümunəsidir.

Digər xəbərlər