Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ ordusu Polşaya doğru irəliləyir

Yanvar 12
16:33 2017

Selefxeber.azEurasia Diary“ə istinadən bildirir ki, BBC-nin verdiyi məlumata görə, ABŞ tankları və zirehli maşınları, 3000-dən çox əsgər ilə birlikdə Polşaya daxil olmağa başlayıb.

ABŞ-ın bu hərbi missiyası Donald Trampın andiçmə mərasimdən qabaq baş verir.

Bu son on ildə Avropada ABŞ-ın yerləşən ən böyük ordusudur.

ABŞ-ın 80-dan çox tankı və 100 zirehli maşını artıq Almaniyaya daxil olub və magistral yollar və dəmir yolları vasitəsilə Şərqi Avropaya doğru irəliləyir.

ABŞ-ın zirehli briqadası Baltikyanı ölkələrdə hərbi təlimlər yerinə yetirəcəyi nəzərdə tutulur.

ABŞ-ın Şərqi Avropada və Baltikyanı ölkələrdə hərbi texnikasını və qüvvələrini artırmasının səbəbi Barak Obama administrasiyasının Rusiyanın Ukraynaya müdaxiləsinə cavab və NATO-dakı mütəffiqlərini tək qoymamaqdır.

BBC-nin müdafiə üzrə müxbiri Jonahtan Beale tərəfindən verilən məruzəyə əsasən, Donald Tramp administrasiyasının bu hərbi missiyanı davam etdirəcəyi suallar doğurur.

Digər xəbərlər