ABŞ qaçqınların qəbulunu dayandırır
Yanvar 26
16:55
2017
1. 154 dəfə baxılıb
ABŞ müvəqqəti olaraq 120 gün ərzində qaçqınların ölkəyə qəbulunu dayandırır.
Selefxeber.az xəbər verir ki, APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp qərar verib.
Məlumata əsasən, ABŞ-a getmək istəyən 7 ölkə vətəndaşlarına (İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən) vizaların verilməsi müvəqqəti olaraq dayandırılacaq. Suriyadan olan qaçqınların qəbulu tamamilə dayandırıla bilər.
2016-cı ildə ABŞ 85 min qaçqın qəbul edib, onların arasında 12,5 min suriyalı olub.
Qeyd edək ki, D.Tramp seçkiqabağı kampaniya zamanı immiqrasiya və qaçqın qəbulunu sərtləşdirməyə söz vermişdi.
Sələf Xəbər: Mərhum şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Qeyri-müsəlmanların ölkəsində yaşamaqda müsəlmanların dini, əxlaqı və davranışı üçün böyük təhlükə vardır! Bu ölkələrdə yaşamış müsəlmanların çoxunda dəyişikliklər görürdük, onların o ölkələrdən oraya getdikdə olduqları halda qayıtmadıqlarını görürdük. Onlar fasiq kimi, bəziləri isə ümumiyyətlə dinə və müsəlmanlara istehza edən mürtəd və qeyri-müsəlman kimi qayıdırdı, Allah bizi bundan qorusun!” (“Məcmuu fatava” № 388).