ABŞ qadağa qoydu, Türkiyə buna etiraz etdi
1. 184 dəfə baxılıb
Şimali Afrika və Yaxın Şərqdə 8 ölkənin beynəlxalq aeroportundan ABŞ-a uçan təyyarələrin göyərtəsində elektrik qurğularının daşınmasına müvəqqəti qadağa qoyulacaq.
Selefxeber.az “APA”ya “istinadən xəbər verir ki, “Associated-Press” agentliyi bu barədə ABŞ hakimiyyətindəki anonim mənbəyə istinadən məlumat yayıb.
Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək. ABŞ-ın Nəqliyyat üzrə Təhlükəsizlik Administrasiyası aviaşirkətləri bu barədə bu gün məlumatlandıracaq.
Türkiyə isə bununla bağlı ABŞ-a etirazını bildirib
“ABŞ İstanbuldakı beynəlxalq hava limanındakı vəziyyəti başqa ölkələrdəki hava limanlarla qarışdırmasın”.
Bunu bu gun jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa İstanbul da daxil olmaqla, Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək. Ə. Arslan isə bildirib ki, Türkiyə beynəlxalq hava limanlarında təhlükəsizliklə bağlı bütün tədbirləri həyata keçirir: “ABŞ-ın bu addımı doğru deyil. Məsələ ilə bağlı ABŞ-ın müvafiq orqanları ilə müzakirələr aparılır. Elektron qurğular təyyarədə sərnişinlərin daha komfort, rahat şəraitdə uçuşunda rol oynayır. İstanbuldakı beynəlxalq hava limanlarından il ərzində 80 milyona qədər insan istifadə edir. Bu qadağanın tətbiqi hava limanlarında sərnişinlərin sayının azalmasına səbəb olacaq”.