ABŞ qırıcısı Suriyada məscidi bombaladı: 58 ölü, 100 yaralı (FOTO)
1. 366 dəfə baxılıb
ABŞ qırıcısı Suriyanın Hələb şəhərinin Cina bölgəsində məscidi bombalayıb.
Selefxeber.az xəbər verir ki, Trend-in məlumatına görə, məscidə gecə namazı qılınarkən endirilən aviazərbə nəticəsində 58 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.
Ölənlərin sayının artacağı istisna olunmur.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı bu hava hücumunun Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini təsdiq edib. Komandanlığın bəyanatında aviazərbələrin İdlibə, “Əl-Qaidə”yə aid toplantı yerinə endirildiyi və çox sayda terrorçunun öldürüldüyü bildirilir.
Lakin Türkiyənin “Anadolu” agentliyinin bu hücumun Cina bölgəsində məscidə edilmiş hücumla eyni olub-olmaması barədə sualına gəldikdə, Komandanlığın rəsmisi zərbənin İdlidə deyil, Hələbin Cina kəndinin yaxınlarına endirildiyini deyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).
“Əgər ən böyük qanun pozanlar məscidlərdə Allahın adını zikr etməyi qadağan edən günahkarlardırsa, ən ləyaqətli möminlər, maddi və mənəvi cəhətdən məscidləri quranlardır. Məhz buna görə, Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Müqəddəs Quran, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmağı, onlara hörmət bəsləməyi və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).