ABŞ Rusiyanı Əsədə təsir etməyə çağırıb: “Əhali dəhşətli aclıq qarşısındadır”
Yanvar 09
16:56
2016
734 dəfə baxılıb
ABŞ hakimiyyəti Rusiyanı Suriyadakı humanitar fəlakətin qarşısını almaq üçün Əsədə təsir etməyə çağırıb.
“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, ABŞ Suriyanın Madai rayonunda yaşanan aclığı aradan qaldırmaq üçün bu bölgəyə humanitar karvan göndərmək istəyir, lakin Suriya ordusu bu əraziyə heç kimi buraxmır.
“Biz Suriya rejimini Madai rayonu üçün nəzərdə tutulmuş humanitar yardımı həmin əraziyə buraxmağa çağırırıq. Biz Rusiyanı da bu məsələdə Əsədə təsir etməyə çağırır və bəyan edirik ki, həmin bölgənin əhalisi dəhşətli aclıq qarşısındadır”, – ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda belə deyilir.
Xatırladırıq ki, Madai rayonunda 42 min əhali aclıq təhlükəsi qarşısındadır.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!