ABŞ Suriya kürdlərini silahlandıracaq
May 10
17:52
2017
945 dəfə baxılıb
Selefxeber.az-ın “Eurasiadiary.az”a istinadən məlumatına görə, “Ria Novosti” xəbər agentliyi bildirir ki, ABŞ Suriyanın Rəqqa şəhərini İŞİD terror qruplaşmasından azad edilməsi üçün kürd silahlılarına “məhdud sayda” silah-sursat tədarük edəcək.
Bu barədə Pentaqondan bildirilib.
“Biz ABŞ-ın bu addımları ilə əlaqədar Türkiyənin narahatlığını yaxşı anlayırıq… Biz bu silah-sursatı konkret hərbi məqsəd üçün tədarük edirik. Bizim ayıracağımız silah yalnız Rəqqanın azad edilməsi üçün nəzərdə tutulub”, – deyə Pentaqon nümayəndəsi qeyd edib