Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ Suriyada kürdlərin əleyhinə bəyanat verib

Mart 17
18:14 2016

Dövlət Departamenti bəyanat yaydı.

Birləşmiş Ştatlar Suriyada, o cümlədən ölkənin kürdlərin yaşadığı şimal əyalətlərində hansısa muxtar birləşmələrin yaradılmasının əleyhinə çıxış edib.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Şimali Suriya Kürd-Ərəb Administrasiyasının qurultayına dair jurnalistlərin suallarını cavablandırarkən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.

“Biz Suriyada hər hansı özünüidarə yarımmuxtar ərazilərin yaradılmasını tanımırıq”, – o deyib. Diplomat vurğulayıb ki, ABŞ Administrasiyası bu qəbildən olan cəhdləri ölkədə siyasi tənzimləmə üçün kontrproduktiv hesab edir.

Digər xəbərlər