ABŞ Suriyanın şimalında 400 dəniz piyadası yerləşdirib
1. 347 dəfə baxılıb
İŞİD əleyhinə beynəlxalq koalisiyanın Amerika komandanlığı Suriyanın şimalında 400 dəniz piyadasının yerləşdirildiyini bildirib.
Selefxeber.az-ın məlumatına görə, AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl Associated Press agentliyi Pentaqonun Rakka şəhərini terrorçulardan təmizləməkdə Suriya müxalifətinə yardım etmək məqsədi ilə bu regiona dəniz piyadaları və ağır artilleriya dislokasiya etdiyi barədə məlumat yayıb .
ABŞ Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Eyni zamanda, bildirilib ki, ABŞ hərbçiləri döyüş əməliyyatlarında birbaşa iştirak etməyəcəklər.
“Əl-Masdar” nəşri isə öz növbəsində Amerika dəniz piyadalarının hazırda “Suriya demokratik qüvvələri” adlanan müxalif kürd alyansına kömək etmək məqsədi ilə Rakka əyalətinin şimalında ön mövqelər hazırladığını bildirib.
Bir qədər əvvəl ABŞ rəsmiləri Rakka uğrunda döyüşlərin hazırda Mosul şəhərində aparılan əməliyyatlara oxşar ssenari üzrə inkişaf edə biləcəyini deyib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”