Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ terrorçu liderlərə görə mükafat vəd edib

Noyabr 11
16:29 2015

ABŞ “Əş Şəbab” terror qruplaşmasının liderlərinin yeri barədə doğru məlumata görə mükafat vəd edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata görə, ABŞ dövlət katibi Con Kerri Əbu Ubaydın yeri barədə doğru məlumata görə 6 mln dollar, Mahad Karat, Maalim Daud və Həsən Əfquya görə – 5 mln dollar, Maalim Salman və İman Əliyə görə isə 3 mln dollaradək mükafat verilməsini dəstəkləyib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər