Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ Türkiyə ilə bağlı şok açıqlama verib

Oktyabr 13
13:26 2014

“Sələf Xəbər” haber7.com xəbər saytına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Türkiyənin Suriyanın mötədil müxaliflərini təlim və təchizatlandırma proqramını qəbul etdiyini bəyan edib.

ABŞ Dövlət Departamenti sözçüsünün müavini Meri Harf, gələn həftə ABŞ-lı heyətin Ankaraya gedərək bu məsələ ilə əlaqəli hərbi kanallarla görüşlər keçirəcəyini bildirib.

Keçirilən mətbuat konfransında xanım Harf ABŞ prezidentinin İŞİD terror xəvaric qruplaşması əleyhinə qlobal koalisiya üzrə xüsusi təmsilçisi general Con Allenlə ABŞ Dövlət Departamenti müşavirinin müavini Bret Makqurkun Ankaradakı görüşləri haqqında məlumat verib.

Allen və Makqurkun Baş Qərargahın kəşfiyyat departamentinin rəisi Yaşar Gülərlə görüşdüklərini və hal-hazırda Türkiyədə səfərdə olan NATO Baş Katibi Cens Stoltenberqlə əlaqə saxladığını bildirən Harf, onların Ankaranı tərk etməzdən əvvəl Suriyalı müxaliflərlə də görüşdüyünü dilə gətirib. Xanım Harf, General Allenin hal-hazırda Vaşinqtona qayıtmaq üzrə olduğunu, Makqurkun isə hələ bir müddət regionda qalacağını dilə gətirib.

Allen və Makqurkun türk həmsöhbətləri ilə, Türkiyənin “hərbi əməkdaşlıq, terrorçuların maliyyələşdirilməsinin qarşısının alınması, əcnəbi döyüşçülərin axını ilə mübarizə, humanitar yardımlar və İŞİD-in ifratçı ideologiyasının legitimliyinin aradan qaldırılması” da daxil olmaqla 5 istiqamətdə səylərinin artırılması barədə ətraflı danışıqların aparıldığını ifadə edən Harf, sözlərinə belə davam edib: “Türkiyənin xüsusilə hərbi sahələr olmaqla daha çox iştirak edə biləcəyi sahələri müzakirə etdik.

General Allen və cənab Makqurkun 2 gün davam edən görüşlərinin nəticəsi olaraq, Türkiyə Suriyalı mötədil müxaliflərə təlim və avadanlıq təchizatına dair dəstək verməyi qəbul edib. Bu çərçivədə, ABŞ Müdafiə Nazirliyinin planlama heyəti hərbi kanallar vasitəsilə planlamalar həyata keçirmək məqsədilə gələn həftə Ankaraya səfər edəcək”.

Digər xəbərlər