ABŞ və Türkiyə Suriya müxalifətini İŞİD-lə döyüşməyə hazırlayacaq
Fevral 18
18:06
2015
870 dəfə baxılıb
ABŞ nümayəndəsi Türkiyə ilə Suriya müxalifətinin hazırlığına dair razılıq əldə olunduğunu bildirib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Vaşinqton, həmçinin, Suriya müxalifətinin hərbi geyim və ləvazimatla təchizatı ilə məşğul olacaq.
Qeyd edək ki, ABŞ bundan əvvəl İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə suriyalıların hazırlanması məqsədi ilə 400 hərbçi göndərmək niyyətində olduğunu bildirib.
Polkovnik Stiv Uorren bildirib ki, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı artıq öz ərazilərində bu məqsədlər üçün təlim bazası yaratmaq təklifi ilə çıxış edib.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)