ABŞ YPG-yə silah göndərdi
1. 203 dəfə baxılıb
Pentaqonun bu addımı, Rakka əməliyyatının ikinci mərhələsi üçün atdığı bildirilir.
Pentaqon rəhbərliyinin, Obamanın büdcə layihəsini imzalamasını gözləmədən, PKK-nın Suriyadakı silahlı qolu YPG-yə külli miqdarda silah göndərdiyi ortaya çıxıb.
Selefxeber.az-ın məlumatına görə Sputnik “heberler.com“-a istinadən xəbər verir ki, ABŞ-ın bu addımı, Rakka əməliyyatının ikinci mərhələsi üçün atdığı bildirilir. Göndərilən silahlar arasında stinger (daşınan hava müdafiə raketləri) mərmiləri və zirehli vasitələrə qarşı istifadə edilə biləcək raketlər olduğunu da etiraf edən bir səlahiyyətli, ABŞ-ın Suriyada YPG-yə söykənən etibarlı bir bölgə meydana gətirməyi planladığını söyləyib. ABŞ-ın büdcə layihəsində Suriyadakı müxaliflərə, daşınan hava müdafiə raketlərinin (stinger) verilməsinə icazə verilir. Qeyd edək ki, YPG-yə göndərilən silahların 7 helikopter olduğu bildirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)