Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-da polisin 5 ayda 385 nəfəri öldürdüyü ortaya çıxdı

İyun 02
13:25 2015

ABŞ-da polisin xüsusilə qaradərili vətəndaşlara qarşı həddindən artıq güc istifadə etdiyi mübahisələri davam edərkən ölkənin aparıcı qəzetlərindən biri olan “Vaşinqton Post”un topladığı məlumatlara görə, bu ilin ilk beş ayında ABŞ polisinin, təxminən 385 nəfəri öldürdüyü ortaya çıxıb.

Gündə orta hesabla iki nəfərdən artıq insanın polis tərəfindən öldürüldüyünü qeyd edən qəzet, bu rəqəmin əvvəlki illərin rəsmi rəqəmlərindən iki dəfə çox olduğunu yazıb.

“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən bildirir ki, qəzetin internet saytında yayımlanan hesabatda, göstəricilərin xəbər saytları, polis qeydləri, internet və müvafiq qeyri-hökumət təşkilatlarının resurslarına əsasən hazırlandığı qeyd olunub.

Polis zorakılığının qurbanlarının 2/3-nin azlıqlar olduğunu qeyd edən qəzet, öldürülənlərin 171-nin ağ, 100-nün qaradərili, 54-nün İspan, 6-sının Asiyalı, qalanlarının isə mənşəyinin müəyyənləşmədiyi qeyd edilib.

Həmçinin son beş ayda öldürülən 385 nəfərdən 20 nəfərinin qadın olduğu da qəzetin bu araşdırmasında yer alıb.

Qurbanların 80%-i öldürüldüyü zaman silahlı və ya silah sayıla biləcək kəsici materiallar daşıdığı məsələsinə yer verən qəzet, eyni zamanda, öldürülən 49 nəfərin hər hansı bir silah daşımadığını 13 nəfərin də əlindəki vasitənin oyuncaq olduğunu sonradan meydana çıxdığını qeyd edib.

Aralarında 18 yaşından kiçik 8 nəfərin də olduğu 385 qurbanın böyük əksəriyyətinin yaş həddinin 25-34 arası olduğu müəyyən olunub.

Qəzet polis gülləsindən ölənlərin ümumi xüsusiyyətlərinin kasıblıq, kiçik günahlar üstündə həbs görmüş və müxtəlif ailə və ya emosional problemlər olduğunu bildirib.

Qəzetdə o da qeyd olunub ki, indiyə qədər bu ölümlərdən yalnız üçündə polislərin günahkar olduğu təsdiq edilibmiş.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)

Digər xəbərlər