Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Aİ ölkələri qaçqınların bölgüsü barədə razılaşıblar

Sentyabr 23
16:44 2015

Qərar qəbul edilib.

Avropa İttifaqının (Aİ) Ədliyyə və Daxili işlər üzrə şurası sentyabrın 22-də üzv ölkələrin böyük səs çoxluğu ilə sığınacaq istəyən 120 min qaçqının Yunanıstan və İtaliyadan çıxarılaraq yerləşdirilməsi barədə qərar qəbul edib.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, EUobserver internet nəşrinin yaydığı məlumata görə, qərar razılaşdırılmış kvotaya əsaslanır. Bu cür yanaşmanın əsas əleyhdarları olan Çexiya, Macarıstan və Slovakiya səsvermə nəticəsində azlıqda qalıblar.

İlin əvvəlindən bəri Avropa İttifaqının ərazisinə 300 mindən çox qaçqın gəlib. Yaxın Şərq və Şimali Afrikadan olan qeyri-leqal mühacirlər silahlı münaqişələrdən xilas olmaq üçün Aİ sərhədlərini bütün mümkün vasitələrlə keçərək, Qərbi Avropaya can atırlar.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər