Aİ və Türkiyə miqrasiya məsələsində razılaşıblar
689 dəfə baxılıb
Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva özünün “Tvitter” səhifəsində yazıb.
“Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə miqrant böhranının həlli ilə bağlı əsas prinsiplərə dair razılıq əldə ediblər”, – M. Andreyeva qeyd edib.
Bundan əvvəl Avropa İttifaqı və Türkiyə arasında miqrasiya böhranının həlli ilə əlaqədar razılığa gəlinmədiyi bildirilirdi.
Xatırladaq ki, Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Növbəti, həlledici toplantı martın 18-nə təyin edilib.
İlkin razılaşmaya əsasən, Avropada sığınacaq almayan miqrantlar Türkiyəyə qaytarılacaq. Bunun müqabilində Avropa İttifaqı Türkiyəyə pənah gətirən suriyalı qaçqınları qəbul edəcək. Razılaşma, həmçinin 2018-ci ilin sonunadək Ankaraya əlavə 3 milyard avronun ayrılmasını, Aİ ilə Türkiyə arasında viza rejiminin ləğvini və Türkiyənin İttifaqa üzvlük danışıqlarının intensivləşməsini nəzərdə tutur.
Sələf Xəbər: Uca Allah buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 215-ci ayə)