Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

AirAsia: Hadisədən əvvəl kapitan oturacağını tərk etmişdi…

Fevral 02
16:20 2015

“Sələf Xəbər” alarabiya.net – ə istinadən xəbər verir ki, Dekabr ayında AirAsia şirkətinə məxsus sərnişin təyyarəsinin dənizə düşməsi ilə bağlı gedən icraatlarda iştirak edən iki şəxsin dediyinə görə, İndoneziyalı kapitan Eryanto qeyri-ənənəvi iş üçün oturacağını tərk edərkən onun təcrübəsi az olan fransalı köməkçisi Rimi Pilisil idarəetməni itirib, lakin kapitan öz yerinə gələnə qədər artıq təyyarəni xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sözügedən təyyarə Dekabrın 28-də İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən Cava dənizinə düşmüş və 162 nəfər həyatını itirmişdir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nəaliyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər