Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

AirAsia təyyarəsinin “qara qutu”su dənizdən çıxarıldı

Yanvar 13
12:40 2015

Xilasedicilər Yava dənizinin dibində ötən il dekabrın 28-də qəzaya uğramış AirAsia şirkətinin təyyarəsinin “qara qutusu”nu çıxarıblar.

“Sələf Xəbər” Trend-ə istinadan məlumat verir ki, hal-hazırda qutu hərbi dəniz qüvvələrinin gəmisində yerləşir. Yaxın zamanda qutu araşdırma üçün Cakartaya aparılacaq.

 Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə).

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nəaliyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur.” (Bax: “Təfsir Əs-Saadi”).

Digər xəbərlər