Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Almaniya İncirliyə alternativ tapdı

Mart 29
17:16 2017

Almaniya İncirlik bazasına alternativ axtarışını başa vurub.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə informasiyanı “Die Velt” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qəzet İncirliyə alternativ olaraq 8 bazanın Berlin tərəfindən diqqət mərkəzində saxlanıldığını bildirib. Bu bazalardan üçü Küveytdə, üçü İordaniyada, ikisi isə Kiprdə yerləşir. Hələlik alman hökuməti bununla bağlı danışıqlara start verməyib.

Qeyd edək ki, son günlər Almaniya ilə Türkiyə arasında münasibətlər pisləşib. Ankara bir müddət əvvəl alman deputatların İncirlik bazasındakı alman hərbçiləri ziyarət etməsinə izn verməyib. Alman deputatlar isə öz növbəsində alman əsgərlərin Türkiyədə təhlükəsizlikdə olmadığını və İncirlik bazasına alternativlərin axtarılması gərəkdiyini söyləyiblər.

Digər xəbərlər