Almaniya qaçqınlara mavi lent bağladacaq
Sentyabr 26
15:11
2015
724 dəfə baxılıb
Almaniya hakimiyyəti suriyalı qaçqınları ayırd etmək üçün onların hər birinin qoluna mavi lent bağlamağı məcbur edəcək.
“Sələf Xəbər” Modern.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın “Stern” saytı xəbər yayıb.
Bu xəbər sosial şəbəkələrdə geniş reaksiya doğurub.
Xəbər faşist Almaniyasının yəhudilərə qarşı etdiyi analoji hərəkəti xatırladıb. Yəhudilər faşist Almaniyanın işgal etdiyi ölkələrdə üzərində Davud ulduzu (Bu ulduz massonluğun məşhur simvollarındadındır. Eyni zamanda yəhudilərin ümumi simvolu olan ulduz İsrailin dövlət bayrağında da təsvir olunub) olan və “Yəhudi” yazılan lenti qolunda daşımaq məcburiyyətində idilər.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın dərgahına qaytarılacağınız gündən qorxun!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 281-ci ayə)