Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Almaniya qondarma “erməni soyqırımı”nı tanıdı

İyun 02
18:19 2016

Almaniya Bundestaqı 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, səsverməyə çıxarılan qanun layihəsinin əleyhinə yalnız bir deputat səs verib, bir deputat isə bitərəf qalıb.

“Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilərin məhvi böyük fəlakət idi və erməni xalqının minillik tarixində böyük fəlakətlərə səbəb olub. Çünki müstəqil hesablamara görə, deportasiya və kütləvi qırğınlar nəticəsində 1 milyondan çox erməni həlak olub. Bir çox müstəqil tarixçilər, parlamentlər və beynəlxalq təşkilatlar ermənilərin qovulmasını soyqırım kimi qəbul edir”, – qəbul edilən qərar layihəsində deyilir.

Xatırladaq ki, qondarma soyqırımı bundan öncə Rusiya, Fransa, İtaliya, Belçika, Polşa, İsveçrə, Yunanstan, Kanada, Argentina və s. ölkələr qəbul edib. İlk dəfə isə bu qondarma iddianı 1965-ci ildə Uruqvay parlamenti təsdiqləyib.

Almaniya Bundestaqında səsverməyə çıxarılmazdan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım Almaniya kansleri Merkelə etirazlarını bildirmiş, qanunun qəbul olunacağı təqdirdə Almaniya-Türkiyə münasibətlərinə zərbə dəyəcəyini xatırlatmışdılar.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)

“Haqq – Allahın Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdur. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir. (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər