Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Almaniyada birdən iki məscidə hücum edildi

Sentyabr 06
11:21 2014

“Sələf Xəbər” Ummaİnfo-ya istinadən xəbər verir ki, Aşağı Saksoniya vilayətində (Almaniya) iki məscidə hücum edilib. Onlardan biri – Oldenburqda yerləşən “Hacı-bayram” məscidinə “Molotov kokteyli” (partlayıcı yanar şüşə butulka) atılıb. Hadisə zamanı zərərçəkən olmayıb.

Almaniya hakimiyyəti təqsirkarları və hadisənin səbəblərini araşdırır. Qeyd edək ki, bu məscid Türkiyənin Dini işlər üzrə departamenti ilə əlaqəlidir və xaricdə yaşayan türk vətəndaşları üçün Türkiyənin rəsmi diplomatik nümayəndəliyidir.

Hücuma məruz qalmış ikinci məscid Meln şəhərində yerləşir. Bu, son iki həftədə bu məscidə edilən ikinci hücumdur. Melndəki məscidinin də Türkiyənin Dini işlər üzrə departamenti ilə əlaqəli olması faktı diqqəti cəlb edir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər