Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Almaniyada ən qədim Quran nüsxəsi tapıldı

Noyabr 15
14:01 2014

“Sələf Xəbər” Küveytin alanba.com.kw saytına istinadən xəbər verir ki, Almaniyanın Tubingen universiteti Qurani-Kərimin nüsxəsini əldə etmişdir.

Bu Qurani-Kərim ilk dəfə əldə edilən zaman düşünüldüyündən də daha qədim olduğu ortaya çıxmışdır. Tubingen şəhərində olan bu universitet müqəddəs kitabın İslamın ilk əsri olan — 7-ci əsrdə yazıldığını qeyd etmişdir. Tədqiqatçıların dediyinə görə, Almaniyada tapılan bu nüsxə Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) miladi ilə 632-ci ildə vəfatından sonrakı 20-40-cı illər arasında yazılmışdır.

Tədqiqatçılar bu günə qədər elə zənn edirdilər ki, bu əlyazma təxminən miladi ilə VIII və ya IX əsrə aiddir. Əlyazmadan olan nümunələr Quranın beynəlxalq araşdırmalar layihəsinin bir hissəsi kimi yoxlanılmışdır. Tubingen universitetinin kitabxanasının rəsmisi demişdir ki, əlyazmanın xüsusiyyətlərini araşdırmaqla və fiziki təhlil üsullardan istifadə etməklə Quranın yazılarının yaşını öyrənmək mümkündür.

O, həmçinin əlavə etmişdir ki, Tubingendə tapılan əlyazması ərəb əlifbasının ən qədim yazısı sayılan “Kufi” xətti ilə yazılmışdır və bu bizdə olan ən qədim nüsxədir. Həmin nüsxə universitetin kitabxanasına 1864-cü ildə Konsul Brusi Yuhana məxsus olan kitablarla birgə alınmışdır.

“Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar”

Müqəddəs Quran, “İbrahim” surəsi, 52-ci ayə

Digər xəbərlər