Almaniyada İŞİD-ə qarşı əməliyyat həyata keçirilib
833 dəfə baxılıb
“Sələf Xəbər” t24.com.tr saytına istinadən xəbər verir ki, Almaniyada həyata keçirilən əməliyyatda, İŞİD terror xəvaric qruplaşmasına yardım etməkdə şübhəli bilinən 8 nəfər həbs edilib. Eyni zamanda 5 şəhərdə təşkil edilmiş basqınlar zamanı yüzlərlə polis işçisi əməliyyata cəlb edilib.
Köln Polis İdarəsinin 2013-cü ildən bəri izlədiyi 8 nəfərin evinə bu səhər basqın edilib. Köln, Zigen, Bergiş-Qladbax, Kröystal və Netfen şəhərlərində eyni zamanda həyata keçirilmiş əməliyyatda 240-dan çox insan həbs edilib. İzlənən 8 nəfərdən əlavə, ümumilikdə 20 şübhəli şəxsin evinə basqın edilib.
22-35 yaş arası 8 nəfər növbətçi məhkəmə tərəfindən həbs edilərək barmaqlıqlar arxasına göndərilib. Radikal xəvaric firqəsinə mənsub olduqları bildirilən şübhəli şəxslərin “Suriyada vuruşan cihad təşkilatını maddi və maliyyə vəsaiti ilə təmin etmək və bölgəyə gedəcək döyüşçülərə dəstək vermək məqsədilə oğurluq şəbəkəsi qurduğu” bildirilib. Şübhəli şəxslərin xüsusilə Köln və Zigen ətrafındakı bir çox məktəb və kilsəni qarət etdiyi açıqlanıb.
Həbs edilən 8 nəfərdən əlavə, evlərinə basqın edilən 20 nəfər də saxta pasport hazırlamaq, cihadçı təşkilatı nəğd pul və maddi vəsaitlə təmin etməkdə təqsirli bilinir. Əməliyyat zamanı Federal Prokurorluq tərəfindən haqqında qiyabi həbs qərarı verilən Qais O. adlı bir nəfər də həbs edilib. Qais O. bir başqa şübhəli şəxslə birlikdə İŞİD terror xəvaric qruplaşmasına, Əhrar əl-Şam və Cünud-əl-İslam təşkilatlarına dəstək vermək və İŞİD terror xəvaric qruplaşmasına Almaniyada döyüşçü qazandırmaq fəaliyyətlərində iştirak etməkdə təqsirli bilinir.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”