Almaniyada İslam əleyhinə 30 minlik mitinq
976 dəfə baxılıb
Almaniyada 30 min nəfərdən çox adam İslam əleyhinə mitinqlərə qatılıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, aksiya bir çox şəhərlərdə keçirilsə də, ən böyük mitinq Drezdendə olub. Mitinqdə 18 mindən çox adam iştirak edib. Bu dekabr ayında keçirilən aksiya ilə müqayisədə daha böyük rəqəmdir.
Aksiyaları sağçı “Pegida” hərəkatı “Avropalı vətənpərvərlər Qərbin islamlaşmasına qarşı” şüarı altında keçirib. Onlar miqrasiya qanunlarının sərtləşdirilməsinə çağırış ediblər. Hərəkat üzvləri Avropada müsəlmanların artmasından narazıdırlar.
Almaniya əhalisinin 1/3-i İslam əleyhinə aksiyaları dəstəkləyir, ancaq özlərinin belə aksiyalarda iştirakına mənfi baxırlar. Belə ki, Köln şəhərində İslam əleyhinə aksiyaya etiraz olaraq Köln kilsəsinin və digər tarixi obyektlərin işıqlandırma sistemi söndürülüb.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar” (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə).
Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax “Təfsir Əs-Saadi”)